Mədəaltı vəzin şübhəli simptomları xərçəng xəstəliyindən xəbər verə bilərmi?

Image
22.02.2021 140

Doktor Aleksandır Myasnikov mədəaltı vəzin xərçəng (pankreas) əlamətlərindən danışıb. Onun sözlərinə görə, xəstəliyin üç klassik əlaməti var: mədə ağrısı, sarılıq və arıqlama.

Həkim, mədəaltı vəzi xərçənginin digər dolayı əlamətlər kimi, tromboflebit, sol körpücük sümüyünün üstündəki limfa düyününün iltihabını və göbəkdə metastazı qeyd edir.

 Myasnikov siqaret çəkməyi xəstəlik üçün sübut olunmuş risk faktoru adlandırır. Üstəlik, mədəaltı vəzinin xərçəngi hallarının 20%-ə qədər hissəsi irsi mənsubiyyətlə izah edilə bilər.

Həkim həmçinin - pomidor və qırmızı bibər kimi qırmızı tərəvəzlərdə olan likopenində az miqdarda olmalı olduğunu qeyd edir.

Artıq çəki, az hərəkətlilik, D vitamini çatışmazlığı, zərərli qidalanma və periodontit (dişi dəstəkləyən yumşaq və eyni zamanda sümük toxumalarının infeksion zədələnməsi) digər risk faktorları hesab edilir.

Söhbət ət, kolbasa, trans yağların ifrat dərəcədə qəbulundan, qida rasionunda tərəvəz və meyvələrin olmamasından gedir.


Paylaşım et:

Son xəbərlər

Ən çox oxunanlar