Barmaqlarınız tez-tez keyiyirsə bu xəbərə DİQQƏT!

Image
20.01.2021 393

Barmaqlardakı keyimə ciddi xəstəliklərdən xəbər verə bilər.

Azertibb.az  xəbər verir ki, barmaqların keyiməsi onurğa sütünu yırtıqlarına işarə edə bilər. Eyni zamanda bu simptom ürək xəstəlikləri, qan dövranının pozulması, aterosklerozdan xəbər verə bilər.

Bəzən bu simptom orqanizmdə B qrupu vitaminlərinin çatışmazlığına işarə edir.

Şəkərli diabet zamanı qan dövranı pozulur, sinirlər zədələnir nə nəticədə barmaqlarda keyimə, hissiyyatın azalması kimi simptomlar meydana çıxır.

Barmaqların keyiməsi karpal tunel sindromunun əsas əlamətidir. Bu sindrom zamanı biləkdən keçən sinir sıxılır ki, barmaqlarda keyimə və ağrı əmələ gəlir.


Bütün bunları nəzərə alaraq həkimlər barmaqları mütəmadi keyiyənlərə müayinədən keçməyi tövsiyə edir. //Saglamolun.az

 


Paylaşım et:

Son xəbərlər

Ən çox oxunanlar