DƏHŞƏT: 24 yaşlı qız burun əməliyyatı zamanı öldü

Image
20.01.2021 248

24 yaşlı qız gözəlləşmək istəyinin qurbanı olub.

Azertibb.az türk mediasına istinadla xəbər verir ki, Türkiyədə burun əməliyyatı etdirən 24 yaşlı qız əməliyyat zamanı komaya düşüb.

Parisdə yaşayan Manolya Oktay adlı qız burun əməliyyatı üçün Türkiyəyə gedib. Əməliyyat zamanı qızın ürəyi dayanıb, beyninə oksigen getmədiyinə görə komaya düşüb.

40 gün komada qalan qızın həyatını xilas etmək mümkün olmayıb.

Ailəsinin mətbuata verdiyi açıqlamada bildirilir ki, xəstəxana qızlarının meyitini pulla satıb.

Məsələ ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Paylaşım et:

Son xəbərlər

Ən çox oxunanlar