Mədəaltı vəz xərçənginin ilkin əlamətləri açıqlandı

Image
21.11.2020 421

ABŞ-ın Mayo klinikasının həkim-qastroenteroloqu Mark Yolles erkən mərhələdə mədəaltı vəz xərçəngini təyinetmə üsulu barədə danışıb.

Bu barədə "MedicalXpress" nəşri yazıb.

 Həkimin sözlərinə görə, düzgün qidalanan, artıq çəkisi və pis vərdişləri olmayan insana diabet diaqnozu qoyulması mümkündür.

"Yəni diabet gözlənilmədiyi yerdə ortaya çıxır. Bu hallarda mədəaltı vəz xərçəngi şəkərli diabetə səbəb olur", - deyə mütəxəssis izah edib.

Yolles mədəaltı vəz xərçənginin ən çətin aşkarlanan xərçəng xəstəliyi növlərindən biri olduğunu xatırladıb. O qeyd edib ki, indi mütəxəssislər skrininq vasitəsi ilə içi maye ilə dolu şişi təyin etməyi öyrəniblər.

Bu da şişin inkişafı barədə xəbər verə bilər.

Paylaşım et:

Son xəbərlər

Ən çox oxunanlar