Su içməyin də ziyanı var…

Image
10.09.2020 160

Bir qrup əcnəbi təbib suyun orqanizmə təsiri ilə bağlı yeni tədqiqat aparıb. Aertibb.az -ın məlumatına görə, araşdırma çox su içməyin təhlükəli olduğunu üzə çıxarıb. Təbiblər qeyd edir ki, çox su içmək beynin fəaliyyətini poza, hətta ölümə səbəb ola bilər.

Hakimlər böyrəklərin saatda təqribən 800 qram-1 litr su süzməyə qadir olduğunu xatırladır. Onlar hesab edir ki, normanı aşdıqda insan orqanizmində natrium tarazlığı pozula bilər. Böyrəyində problemi olan insanda isə limitin daha tez dola biləcəyi vurğulanır.

Orta göstəricilərə əsasən, sutkada təxminən 3-4 litr maye qəbul etmək təhlükəsiz normadır. Amma isti iqlim şəraitində yaşayan və çox tərləyən adam üçün norma yüksələ bilər.

Paylaşım et:

Son xəbərlər

Ən çox oxunanlar