Qurd əleyhinə dərman koronavirusu 48 saata öldürdü

Image
05.04.2020 356

Avstraliyada aparılmış araşdırma göstərib ki, bütün dünyada geniş istifadə olunan qurd əleyhinə ivermektin dərmanı koronavirusu 48 saat ərzində öldürə bilir.

Azertibb.az bildirir ki, bu haqda məqalə Antiviral Research nəşrində dərc olunub.

“Biz aşkar etdik ki, preparatın yalnız bir dozası virusun bütün RNT-ni 48 saat ərzində öldürür və hətta 24 saatdan sonra o, xeyli azalır”. Bunu araşdırmaya rəhbərlik edən Monaş Universitetinin (Melburn) alimi Kayli Vaqstaff bildirib.

Bundan qabaq ivermektin QİÇS, denge qızdırması, qripp, Zika virusuna qarşı öz effektivliyini in vitro (orqanizmdə deyil, test borusunda aparılmış eksperiment) sübut edib.

Hazırda bu preparat həm baytarlıqda, həm də insanların müalicəsində tətbiq olunur. İnsanlarda bu preparat qotur xəstəliyi, qurd xəstəlikləri və miaz zamanı istifadə olunur.

Alimlər qeyd edir ki, dərman hələ insanlar üzərində sınaqdan keçirilməlidir.

Loading...
Paylaşım et:

Son xəbərlər

Loading...

Ən çox oxunanlar