Məşhur aktrisa koronavirusa yoluxdu

Image
03.04.2020 174

Türkiyəli aktrisa Cansın çekili koronavirusa yoluxub.

Azertibb.az milliyet.com.tr-yə istinadən xəbər verir ki, “Çocuk”, “Mucize doktor”, “Erkenci kuş” kimi seriallarda rol alan aktrisa Cansın Çekili bu barədə özünün instaqram hesabından etdiyi paylaşımda məlumat verib:

“20 gündür bronxit və allergiya xəstəliyindən əziyyət çəkirdim. Müayinə üçün xəstəxanaya üz tutdum və nəticələr pozitiv çıxdı. Bu günə qədər evdə karantində qalırdım. İndi artıq otağımdan çölə çıxmıram. Xəstəlik o qədər yorucu və çətindir ki. Üstəlik, kiməsə keçə bilər və ona da bir şey olar qorxusu. Neçə gündür, dadını hiss edə bilmədiyim üçün şokolad yemirəm. Ətirlərimi istifadə etmirəm”.

Loading...
Paylaşım et:

Son xəbərlər

Loading...

Ən çox oxunanlar