Image
0 Təşəkkürlər
B.e-C:
01:00-01:00
Şənbə:
01:00-01:00
Bazar:
01:00-01:00

2015-ci ildən fəaliyyətə başlayan Stimul Hospital
Sabunçu rayonunda yerləşən, uğurla inkişaf edən ən böyük özəl tibb müəssəsi kimi tanınır .Qısa müddət ərzində uğurlar əldə edərək daima insanların güvəndiyi və etibar etdiyi tibb mərkəzi kimi qiymətləndirilir.
Yüksək xidmət göstərərək əhalimizin inamını qazanmaq bizim borcumuzdur.
Klinikamızda tibb texnologiyasındaki ən müasir avadanlıqlarla təchiz olunmuş, tibbin bütün sahələrində müxtəlif çeşidli xidmətlər göstərilir.
Stimul Hospitalda poliklinika, stasionar, təcili yardım, diaqnostika, laboratoriya, cərrahiyyə və sığorta şöbələri fəaliyyətdədir.
Sığorta şirkətləri ilə əməkdaşlıq edirik.
Poliklinika şöbəsində geniş çeşidli xidmətlər göstərilir-
Pediatriya, terapiya, nevrologiya, ginekologiya, urologiya və andrologiya, kardiologiya, oftalmologiya, endokrinologiya, qastroenterologiya, allerqologiya, stomatologiya, otolarinqologiya, fizioterapiya,psixiatriya, travmatologiya və ortopediya, revmatologiya,dermatologiya, ozonoterapiya, plazmofarez, hidrokolonoterapiya.

Diaqnostika şöbəsi:
Maqnit-rezonans tomoqrafiya, kompyuter tomoqrafiya, rentqenoqrafiya,
Ultrasəs müayinəsi( rəngli doppler),EKQ,EEQ, Tridmil( stress test),
EXO kardioqrafiya, endoskopiya
Laboratoriya şöbəsi müasir standartlara cavab verən , yüksək həssaslığa malik cihaz və avadanlıqlarla təchiz olunmuşdur. Burda geniş spektrli laborator müayinələr aparılır.

Cərrahiyə şöbəsi: 
Ümumi ( açıq və endoskopik üsulla), rekonstruktiv və estetik plastik ,
Travmatoloji-ortopedik, uroloji, endokrin cərrahiyyə,neyrocərrahiyyə
Sabunçu rayonunda yeganə olaraq Stimul Hospitalda Saç Əkim Mərkəzi fəaliyyət göstərir
Klinikada sadə və VİP palatalar vardır. Palatalar lazım olan avadanlıqlarla təchiz olunmuşdur.
Klinikada təcili yardım şöbəsi fəaliyyətdədir. Müasir tələblərə cavab verən tibbi avadınlıqlarla təchiz olunmuş avtomobilimiz 24 saat ərzində professional tibbi personalın köməyi ilə istənilən yardımı Bakı şəhərində və bölqələrdə göstərilir.
Stimul Hospitalda peşəkar həkimlər və qayğıkeş, gülərüz personal əhaliyə yüksək səviyyədə xidmət göstərir. Bütün əməkdaşlarımızın ixtisas səviyyəsini artırmaq, onların dünya tibb elminin yenilikləri, eləcədə istifadəyə verilən ən qabaqcıl müayinə və diaqnostik avadanlıqlarla tanış etmək məqsədilə mütəmadı seminarlar keçirilir.
Klinikamızda CHEK-UP mərkəzi fəaliyyətdədir-
Kişilər üçün CHEK-UP paketlər
Qadınlar üçün CHEK-UP paketlər
Uşaqlar üçün CHEK-UP paketlər

Bizimlə əlaqə:
Email: [email protected]
Tel: +994125653838
Ünvanımız: Bakı şəhəri. Bakıxanov qəsəbəsi. Y.Əliyev küçəsi 26a
Neftçilər metro stansiyasından 60, 40, 35, 57 nömrəli avtobuslarla ,
Köroğlu metro stansiyasından 60, 24 nömrəli avtobuslarla,
Nərimanov metro stansiyasından 24 nömrəli avtobusla Stimul Hospitala gələ bilərsiz.