Image

Afət İbrahimli

İxtisası: Pediatr İş yeri: Baku City Hospital Vəzifəsi: İş yeri ünvanı: Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi 18, Telefonu: (050) 357 82 57
Bakı
0 Təşəkkürlər


Haqqında

28.08.1970-ci ildə Bakı şəhərində anadan olub.



Təhsil

1977-ci ildə Yasamal rayonu 13 saylı orta ümumtəhsil məktəbinin 1-ci sinfinə daxil olmuş və 1987-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.

1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsində təhsil alıb.

1995-1996-cı illərdə Ə.F.Qarayev adına Klinik Uşaq Xəstəxanasında internatura keçib.

Keçdiyi kurslar

15.09.2005-16.12.2005-ci il tarixlərində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kurs keçib.

02.02.2009-31.03.2009-cu il tarixlərində Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda “Pediatriyanın aktual məsələləri”üzrə tematik təkmilləşmə kursu keçib.

10.11.2014-05.12.2014-cü il tarixlərində Ə.Əliyev adına Azərbaycan həkimləri Təkmilləşdirmə İnstitutunda kurs keçib.

Müxtəlif illərdə bir çox xarici ölkələrdə keçirilmiş Pediatrik konfransların məruzəçi və iştirakçısı olmub.

İcra olunan prosedurlar

Hər növ pediatrik xəstələrin müayinə və müalicəsi (0-17 yaş);

Uşaqların dispanzerizasiyası;

Vaksinasiyanın təşkili – körpələrə zamanında yüksək səviyyədə peyvənd edilməsi (Avropa istehsalı);

Ambulator şəraitdə müalicə oluna bilməyən xəstələrin hospitalizasiya olunaraq stasionar şəraitdə müalicə olunması;

Yenidoğulmuşların bəslənməsi və körpələrə qulluğun düzgün aparılması;

Qulaq deşmə proseduru – Pirsinq

İş təcrübəsi

1996-1998-cı illər Ə.F.Qarayev adına Klinik Uşaq Xəstəxanasının I infeksion şöbəsində çalışıb.

2006-2014-cü ilin avqust ayına qədər N.Tusi adına Klinikasında pediatr kimi fəaliyyət göstərib. Bu klinikada çalışan müddətdən etibarən bütün sığorta şirkətləri ilə sıx əlaqə saxlanılaraq mütəmadi olaraq işləyib.Vaksinasiya işinin təşkili və aparılması da həmin illərdən başlayıb.

2009-2012-ci illərdə Oksigen Klinikada pediatr kimi fəaliyyət göstərib. Bu 3 il ərzində də sığorta olunmuş pasiyentlərlə işləyib.

Həkimlərin sertifikasiyasından keçmişdi.

Hal-hazırda Baku City Hospital pediatr kimi çalışır. Bütün növ pediatrik xəstələrin müayinəsi və müalicəsini həyata keçirir. Uşaqların vaxtlı-vaxtında peyvənd olunması və vaksinasiya aparılması ilə məşğul olur. Ağır xəstələrin hospitalizasiya olunaraq stasionar şəraitdə müalicə almasını təmin edir.

Qardaşxan Mamedov

Uroloq-androloq
0 Təşəkkürlər

Ləman Qalimova

İnfeksionist
0 Təşəkkürlər

Niyaməddin Əliyev

Uroloq-androloq
0 Təşəkkürlər

Elnur Allahverdiyev

Uroloq-androloq
0 Təşəkkürlər

Vüsal Abdullayev

Bariatrik cərrah
0 Təşəkkürlər

Əlif Hüseynzadə

Bariatrik cərrah
0 Təşəkkürlər

Aqil Axundov

Terapevt
0 Təşəkkürlər

Anar Əliyev

Cərrah-proktoloq
0 Təşəkkürlər

Günel Bayramlı

Plastik cərrah
0 Təşəkkürlər

Afət İbrahimli

Pediatr
0 Təşəkkürlər