Yüksək təzyiqdən əziyyət çəkənlər hər gün BU TƏRƏVƏZİ yesin

Image
22.02.2021 231

Yüksək təzyiq müxtəlif orqan və sistemləri siradan çıxardır, insanın həyatını qısaldır. Bu səbəbdən təzyiqi daim normada saxlamaq çox vacibdir.

Bu işdə tək dərmanlar deyil, rejim, fiziki aktivlik və qidalanma da kömək edir.

Təzyiqi salmağa yardım edən ən tanınmış məhsul adi çuğundurdur.

çuğundur təbii nitratlarla zəngindir. Bu maddələr orqanizmdə azot oksidinin ifrazını artırır. Azot oksidi damarları genişləndirir və bununla da təzyiqi salmağa yardım edir.

Mütəxəssislər yüksək təzyiqdən əziyyət çəkənlərə hər gün bişmiş çuğundur yeməyi və ya çuğundurdan hazırlanmış smuzi içməyi tövsiyə edirlər.

Təzyiqi salmaqdan əlavə çuğundur orqanizmi bir çox vacib maddələrlə də təmin edir. Tərəvəzin tərkibində B1, B2, B3, B9 (fol turşusu) kimi vitaminlər, kalium, fosfor, marqan, dəmir, mis, selen, sink kimi minerallar, orqanizmdə A vitamininə çevrilən beta-karotin var.

Həmçinin çuğundur liflərlə zəngindir. Liflər bağırsaqların daha asan boşalmasını təmin edir, qəbizliyin qarşısını alır. /saglamolun.az


Paylaşım et:

Son xəbərlər

Ən çox oxunanlar