Xərçəngi müalicə edən İDEAL QARIŞIQ. Yalnız 2 məhsul

Image
14.03.2020 2367

Sinqapur Milli Universitetinin alimləri sübut edirlər ki, brokkoli və yoqurtun (qatıq) qarışığı güclü xərçəng əleyhinə təsirə malikdir.

Alimlər araşdırma zamanı aşkar ediblər ki, bu 2 məhsulun qarışığı bağırsaqların bədxassəli şişlərinin 75%-ni yox edir. Maraqlıdır ki, xərçəng əleyhinə effekt məhz bu 2 məhsulun birlikdə istehlakı zamanı özünü büruzə verir.

Azertibb.az xarici KİV-lərə istinadla bildirir ki, alimlərin fikrinə görə, qatığın tərkibində olan probiotiklər və brokkolinin tərkibində olan mikroelementlər biri birini tamamlayır və bu da güclü xərçəng əleyhinə effekt yaradır.

 

Qarışıq yalnız bağırsaq xərçənginə təsir edir. Lakin nəzərə alsaq ki, bağırsaq xərçəngi bütün dünyada ən yayılmış xərçəng növlərindən biridir, bu da az deyil.

Təəssüf ki, brokkoli kələmi kimi faydalı və müalicəvi tərəvəz bizdə populyar deyil.

Brokkoli həzm, immun, ürək-damar sistemlərinə müsbət təsir edir, orqanizmdə iltihabları azaldır.

Azkalorili brokkoli kələmi qanda triqliseridlər və “pis” xolesterinin səviyyəsini aşağı salır.  

Həmçinin brokkoli arıqlamağa da kömək edir.

Loading...
Paylaşım et:

Son xəbərlər

Loading...

Ən çox oxunanlar