Həyat tərzində bəzi dəyişikliklər arıqlamaq üçün effektiv üsul ola bilər.
Azertibb.az xəbər verir ki , bu barədə alman diyetoloqlar “Fit for fun” jurnalına danışıblar. Nəşrin yeni sayında onlar ən effektiv üsulları açıqlayıblar:
Kalori çatışmazlığı yaratmaq
Alman diyetoloqlar məsləhət görür ki, əgər arıqlamaq istəyirsinizsə, rasionun kaloriliyini 150-300 kilokalori azaltmağa cəhd edin. “Buna, məsələn, aşağı qlikemik indeksli məhsullardan istifadə edərək nail olmaq olar”, - ekspertlər bildirir.
Sağlam yağlar və daim zülal qəbul etmək
Arıqlamaq üçün daha bir effektiv üsul – rasiona toxluq hissini uzun müddət saxlayan məhsullar (qoz, kətan və çia toxumları, avokado, kətan və zeytun yağları) əlavə etmək. Çox yağlı balığı həftədə bir dəfə yemək olar. Zülal tərkibli məhsullardan – yumurta, paxlalılar, aşağı yağlı kəsmik, ağ pendirlər və toyuq ətini qeyd etmək olar.