Doğum fəaliyyəti başladıqda dərhal doğum evinə getmək lazımdır?

Image
25.05.2020 724

Doğum ana namizədləri üçün ən populyar mövzudur. Doğumun davam etdiyi müddət tələsmədən doğum evinə çatmağa imkan verir. Belə ki, ilk doğum bir qayda olaraq 10-12 saat davam edir. Sonrakı doğuşlar bir qədər az (6-8 saat) davam edir. Lakin bununla belə doğum evinə çatmaq üçün vaxt yetərlidir. Amma əvvəlki doğumlar tez və ya sürətlə baş vermişdirsə, su gəldikdə, xüsusən də su şəffaf olmadıqda, yaşıla bənzədikdə, doğum evinə tələsmək lazımdır, çünki bu, uşağın bətndə əziyyət çəkməsindən xəbər verir. Xüsusən də cinsi yollardan qan gəldikdə, doğum evinə tələsmək lazımdır: bu, plasentanın ayrıldığı zaman (həm anaya, həm də körpəyə təhdid edən vəziyyətdə) baş verə bilir. Yerdə qalan hallarda doğum evinə ilk doğumda doğum tutmaları arasındakı fasilələr orta hesabla 10 dəqiqə, ikinci və sonrakı doğumlarda - 15 dəqiqə olduqda, getmək lazımdır. Bu, doğum evinə 1 saat ərzində çata biləcəyi halda doğrudur.

Doktor: İnci Süleymanova

 

Loading...
Paylaşım et:

Son xəbərlər

Loading...

Ən çox oxunanlar