Günün qoroskopu: fəal olun

Image
23.03.2020 214

Qoç - ailə üzvləri və yaxınlarla dil tapmaq asan olmayacaq. Xoşagəlməz söhbət, fikir ayrılığı, mübahisə istisna deyil. Fəqət, neqativ emosiyalarınızı nəzarətdə saxlayın. Rəğbət bəslədiyiniz insanları özünüzdən incik salmayın. Axşam saatları romantik görüş və ya ailə üzvləri ilə birlikdə evdən kənarda istirahət üçün əlverişlidir.

Buğa - bu gün bir neçə mühüm problemi həll edə biləcəksiniz. İntellektual potensial yüksəkdir. Yaxşı ideyalar bir-birini əvəzləyir. İşgüzar intuisiyanız sizə yol göstərəcək. Önəm verməyə layiq olmayan işlərlə mühüm layihənin arasındakı fərqi hiss edəcəksiniz. Uğurlarınız diqqətdən kənarda qalmayacaq.

Əkizlər - nailiyyətləriniz ətrafınızdakı insanlardan bir neçəsini sevindirmir. Bu gün bədxahlarınızın sırasına daha bir nəfər qatılacaq. Günün ikinci yarısı zəngin və aktivdir. Ailə üzvləri, yaxınlarınızla təmaslara vaxt qalmayacaq. Birgə planın, sifarişin gerçəkləşdirilməsini sabaha saxlayın. Ailə üzvləriniz sizi anlayacaq, inciməyəcəklər.

Xərçəng - sakit, təmkinli, soyuqqanlı olun. Mürəkkəb və birmənalı olmayan gündə uğura nail olmaq üçün bütün bunlar labüd şərtlərdir. Sizi stabil durumdan çıxarmağa, hövsələnizi daratlmağa, sinirləndirməyə çalışacaqlar. Xoşagəlməz subyektlərlə söhbətlər xeyli vaxt alacaq. Əhvalınızı pozmağa kimsəyə imkan verməyin. İmkan varsa, özünüzü sevindirin.

Şir - bəyəndiyiniz kiçik əşyanı alın, ya da gəzintiyə çıxın. Günün ikinci yarısında maraqlı tanışlıq olacaq. Bu gün başlanacaq münasibətlər qeyri-adi məcrada inkişaf edəcək. Təmaslar sürprizlər vəd edir: onlar hisslərinizi ayırd etməyə kömək edəcək.

Qız - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurludur. Rəqibləri asanlıqla üstələyin, ciddi və kəskin rəqabətdə, mübarizədə qalib gəlin. Kiçik məsələlərdə güzəştə getmək olar. Lakin iş önəmli məsələyə çatanda sərt, inadkar və əzmli olun. Yalnız belə davranışla məqsədə çata bilərsiniz.

Tərəzi - gün çətin başlansa da, uğur şansınız az deyil. Yaranmış situasiyanı dəyişməyə, hadisələrə süni təkanlar verməyə çalışmayın. Vəziyyətdən xeyriniz üçün istifadə edin. Diqqəti özünüzə cəlb etməyə çalışmayın, yaxın ətrafınızdakı insanlara uğur və qələbələrinizdən bəhs etməyin. Kölgədə qalın, gələcəklə bağlı planlar hazırlayın.

Loading...
Paylaşım et:

Son xəbərlər

Loading...

Ən çox oxunanlar

Məlumat tapılmadı